• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3918
— 23.09.2014 11:05

Şəmkirdə gənc oğlan naməlum şəxslər tərəfindən döyülüb

Ötən gün axşam saatlarında Şəmkirin Seyfəli kəndində döyülmə faktı qeydə alınıb.

Kənd sakini 26 yaşlı Əliağa Mövsümov naməlum şəxs və ya şəxslər tərəfindən döyülərək müxtəlif bədən xəsarətləri alıb. Yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilən şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.

Onun kim tərəfindən və hansı şəraitdə döyüldüyü hələlik məlum deyil.

Faktla Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.