• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 23.09.2014 10:14

Samuxda dairəvi yol çəkilir

Ölkə prezidentinin sərəncamı ilə 23 min əhalinin yaşadığı 10 yaşayış məntəqəsini birləşdirən Samux - Füzuli - Lək – Əlibayramlı – Qarabağlar -Çobanabdallı dairəvi yolunun çəkilişi sürətlə davam etdirilir. Ümumi uzunluğu 37 kilometrə yaxın olan yolun üzərində 64 suötrücü qurğu və bir neçə körpü keçidləri yerləşir. İnşaat işləri zamanı həmin körpü keçidləri və suötrücü qurğular yenilənir. Bundan başqa Gəncə çayı üzərində uzunluğu 54 metr olan yeni körpü keçidi də salınır. İlkin mərhələdə işlərin yaxın bir aya başa çatdırılması planlaşdırılır.

Əmirxan Qocayev- mühəndis: “Bu yol Samux rayonunun qərbindən başlayaraq şərqini birləşdirir. Uzunluğu 365 kilometr, torpaq yatağının eni 10 metr, örtüyü isə 2 qat asfalt betondan ibarətdir. Yolun çəkilişi üçün kifayət qədər işçi qüvvəsi və texnika var. Yolun çəkilişi sürətlə aparılır”.