• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1558
— 22.07.2015 11:46

Gəncədə avtoqəza nəticəsində 5 nəfər xəsarət alıb (Yenilənib)

Bakıdan Gəncə istiqamətində hərəkətdə olarkən VAZ 2107 markalı avtomaşın anidən idarəetməni itirib. Avtomobil yol kənarındakı səkilərə çırpılaraq aşıb. Gəncə şəhərinin girəcəyində Nizami məqbərəsinin yaxınlığında baş verən hadisə nəticəsində 5 nəfər Goranboy Həmərli kənd sakinləri-  sürücü 38 yaşlı Vüqar Əliyev, sərnişinlər 23 yaşlı Elşən Hüseynov, 52 yaşlı Adil Mirzəyev,  22 yaşlı Ariz Hüseynov,  22 yaşlı İsaq Tağıyev xəsarət alıblar. Qeyd edək ki, İsaq Tağıyev N saylı hərbi hissənin zabiti olub. Onlar təcili tibbi yardım maşınları ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Həkimlərin verdiyi məlumata görə, hər 5 yaralının vəziyyəti orta ağırdır. Hadisənin səbəbləri araşdırılır.

10:18 olan xəbər

Bakıdan Gəncə istaqamətində hərəkətdə olarkən Vaz 2107 markalı avtomaşın  anidən idarəetməni itirib. Avtomomil yol kənarındakı səkilərə çırpılaraq aşıb. Gəncə şəhərinin girəcəyində Nizami məqbərəsinin yaxınlığında baş verən hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Onlar təcili tibbi yardım maşınları ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıblar. Həkimlərin verdiyi məlumata görə hər 5 yaralının vəziyyəti orta ağırdır. Hadisənin səbəbləri araşdırılır.