• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 21.07.2015 18:49

Xaçmazda və Şəkidə ölümlə nəticələnən qəzalar baş verib

Xaçmazda və Şəkidə yol-nəqliyyat hadisələri qeydə alınıb. Qəzalardan biri ölümlə nəticələnib.

Şəkidə baş verən yol qəzası rayonun Qoxmuq kəndi ərazisində qeydə alınıb. Rusiya vətəndaşı, 46 yaşlı Şahid Səlimov idarə etdiyi “Lada-Granta” markalı, Rusiya dövlət nömrə-nişanlı avtomobillə yolu keçmək istəyən piyada, Qoxmuq kənd sakini 79 yaşlı Əsəbəli Yusipovu vurub. Ağır xəsarət alan piyada Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ancaq həkimlər onun həyatını xilas edə bilməyiblər.

Daha bir yol qəzası Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Ləman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şabran rayon Ağalıq kənd sakini, 36 yaşlı Ələsgər Yarıyevin idarə etdiyi “Lada” markalı minik maşını ilə “Qazel” markalı yük avtomobili toqquşub. Nəticədə minik maşınının sürücüsü xəsarət alıb və Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.