• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1822
— 21.07.2015 18:40

Zaqatalada mənzildən xeyli qızıl-zinət əşyaları oğurlanıb

Zaqatalada mənzillərdən biri qarət edilib. RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaqatala şəhəri, Həzi Aslanov küçəsi, ev 49 ünvanında  Həmzə Sülüymanova məxsus evi qarət edən şəxslər həbs edilib. Onların Zaqatala şəhər sakinləri - 1990-cı il təvəllüdlü Nəzir Məhəmməd oğlu Qarayev və 1989-cu il təvəllüdlü Nurlan Rəfel oğlu Musayev olduğu müəyyən edilib. Aparılmış istintaq zamanı məlum olub ki, adıçəkilən şəxslər həmin evdən  6000 AZN məbləğındə müxtəlif növ qızıl-zinyət əşyaları, 41 AZN və 30 ABŞ dolları həcmində nəğd pul oğurlayıblar.

Faktla bağlı Zaqatala RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb, istintaq aparılır.