• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1537
— 21.07.2015 18:35

İmişli rayonunda yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirilib

İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları sürücülərə qarşı reyd keçiriblər. Şəhərin müxtəlif küçələrində postlar qurulub. Reyd zamanı əsasən yol hərəkəti nişanlarının tələblərinə məhəl qoymayan sürücülər saxlanılıb. Bundan başqa kustar üsulla hazırlanmış pərdələrdən istifadə edən həmçinin avtomobilə əlavə avadanlıqlar quraşdıraraq konstruksiya dəyişikliyi edən sürücülər aşkarlanıb. Avtomobili sürücülük hüququ olmadan idarə edən sürücülər yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Bəzi avtomobillər cərimə meydançasına aparılıb. Qayda pozan sürücülər barəsində inzibati Xətalar Məcəlləsinə uyğun protokollar tərtib edilib. Yollarda təhlükəsizliyin təmin edilməsi məqsədi daşıyan bu kimi reydlərin mütəmadi olaraq keçiriləcəyi bildirilir.