• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1576
— 21.07.2015 18:31

Rusiyadan gələn Azərbaycan vətəndaşından soyuq silah götürülüb

Bundan əlavə ondan gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalar da müsadirə olunub.Moskva-Bakı aviareysi ilə ölkəyə qayıdan Azərbaycan vətəndaşında soyuq silah aşkarlanıb. Əliyev İlqar Talışxan oğlu gömrük nəzarətindən keçərkən rentgen aparatı monitorda metal əşyaların olduğunu göstərib. Təkrar yoxlama zamanı əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, elektron, kağız üzərində yazılı və ya şifahi formada bəyan edilməyən, metaldan hazırlanmış 7 ədəd müxtəlif ölçülü və formalı bıçaqlar, 1 ədəd beşguşəli, itibucaqlı ulduz formalı predmet, 1 ədəd kameralı qələm və 1 ədəd kameralı eynək aşkarlanıb. İlqar Əliyev izahatında “Yeni Sabah” Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində olarkən mağazadan aldığını bildirib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən bıçaqlardan 5-i soyuq silah hesab olunur. 1 ədəd eynək və 1 ədəd qələm isə mövcud ola biləcək məlumatları izləmək, dinləmək, köçürmək, pozmaq, əlavə etmək kimi funksiyalara malikdir və onlar gizli yolla informasiya əldə etmək üçün nəzərdə tutulmuş əşyalardır.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.