• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 21.07.2015 18:29

Ağdaşda axşam saatlarında qayda pozan sürücülər saxlanılıb

Onlara qarşı qanunla müəyyənləşdirilən addımlar atılıb.

Ağdaşda yol polisi əməkdaşları axşam saatlarında sürücülərə qarşı reyd keçiriblər. Saxlanan sürücülərin sənədləri yoxlanılıb. Məlum olub ki, bəziləri sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsi idarə edirlər.

Sürücü: “Maşının sənədləri var. Şəxsi, özümə aid sənədim yoxdur, xeyir. Maşın sürmə sənədim yoxdur”.

Qaranlıq havadan istifadə edən bəzi şəxslər özlərini saxlanan avtomobillərin sürücüsü olduğunu gizlətməyə çalışıblar.

Reyd zamanı yol polisinin saxlama işərəsinə tabe olmayan, təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş halda avtonəqliyyat vasitəsini idarə edən, ötmə əməliyyatını düzgün yerinə yetirməyənlərə rast gəlinib.

Namiq Qəmbərov- Ağdaş rayon DYPB-nın rəisi: “Tərəfimizdən bir 50 nəqliyyat vasitəsi saxlanılıb. Bunlarda 2 sürücü sərxoş halda idarə etdiyi üçün 10 nəqliyyat vasitəsi duracağa yerləşdirilib. Sürücülük vəsiqəsi olmadığı üçün 10-12 sürücüyə isə tərəfimzidən qarşı hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı apardığı üçün inzibati protokollar tərtib olunub”.

Reydlərin qarşıdakı həftlərin şənbə və bazar günlərində də keçirilməsi planlaşdırılır.

Rəhman Əsədov, Samir Cəbiyev