• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1572
— 21.07.2015 18:25

Zaqatalada külli miqdarda narkotik bitki əkib-becərən iki qardaş həbs edilib

Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində rayonun Car kəndində, meşəlik ərazidə aqrotexniki qaydada qulluq edilən narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilib. Məlum olub ki, bu bitkilər həmin kəndin sakinləri 1976-cı il təvəllüdlü İslan Tahir oğlu İbrahimov və onun qardaşı 1981-ci il təvəllüdlü Əhməd tərəfindən əkilib. Hal şahidlərinin iştirakı ilə ərazidən 358 ədəd olmaqla 3 kq 220 qr çətənə bitkisi maddi sübut kimi yığılıb. Eləcə də şubhəlilər tutularaq istintaqa təhvil veriliblər.Faktla bağlı Zaqatala RPŞ-də CM-nin müvafiq maddələri ilə cinayət işi başlayıb, araşdırma aparılır.