• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1724
— 21.07.2015 10:30

Şəmkir, Bakı və Tovuzda bıçaqlanma hadisələri baş verib

Şəmkirdə ailə münaqişəsi zəminində bıçaqlanma faktı qeydə alınıb. Bakıda və Tovuzda da qanlı hadisələr baş verib.

Tovuz rayonunun Yuxarı Öysüzlü kənd sakini 45 yaşlı Fariz Əhmədov bıçaq xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlər yaralıya qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyublar və dərhal əməliyyat ediblər. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, Fariz Əhmədovu Röyal adlı şəxs bıçaqlayıb.

Şəmkirdə isə ər arvadını bıçaqlayıb. Hadisə ötən gün axşam saat 23:00 radələrində rayonun Çınarlı qəsəbəsində baş verib. Qəsəbə sakini 30 yaşlı Ramilə Zeynalova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər Ramilə Zeynalovaya ilkin tibbi yardım göstəriblər və bıçaq daxilə nüfüz etmədiyindən yaralı evə buraxılıb.

Daha bir qanlı olay paytaxtda qeydə alınıb. Səbail rayon sakini, Salyan şossesi, ev 3-də yaşayan 43 yaşlı Etibar Məmmədov bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Yaralı dərhal əməliyyata götürülüb. Etibar Məmmədov bıçaq xəsarətini evdə qarpız kəsərkən aldığını bildirib. Hadisə barədə Səbail Ryon Polis İdarəsinin 8-ci polis bölməsinə məlumat verilib. Etibar Məmmədovun bıçaq xəsarətlərini qarpız kəsərkən, yoxsa başqa şəraitdə alması aparılan araşdırmalardan sonra məlum olacaq.

Bütün faktlarla bağlı araşdırmalar davam etdirilir.