• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3570
— 21.07.2015 10:27

Göygöldə iki polis döyülüb

Hadisə rayonun Çaylı kəndində qeydə alınıb. Ötən gün axşam Göygöl rayon polis şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi 42 yaşlı  Şəmkir rayonu, Könüllü kənd sakini, mayor Habil Əliyev və bölmənin tədqiqatçısı 34 yaşlı Gəncə şəhər sakini Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar Çaylı kəndinə gediblər. Kənd sakinləri ilə polis əməkdaşları arasında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Habil Əliyev sol təpə, sol çənə və döş qəfəsinin əzniyi, Ramin Həmidov isə qapalı kəllə-beyin travması, ənsə nahiyəsinin çapılmış yarası, eləcə də bədənin müxtəlif yerinin əzniyi diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər polis əməkdaşlarının vəziyyətlərinin orta-ağır  olduğunu bildirir.

Şahin Quliyev- həkim-travmatoloq: “Gətiriləndə Raminin vəziyyəti lap ağır idi. Huşsuz idi. O birisinin də təpə və döş qəfəsi, sinəsi və diğər gemotom travmaları var idi. Vəziyyətləri orta-ağır və kafidir”.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.