• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2343
— 16.07.2015 12:08

Gəncə və Bakıda bıçaqlanma hadisələri baş verib

Sözü çəp gələnlər yenə də əlini bıçağa atıblar. Qanlı olaylar Gəncədə və Bakıda baş verib.

Gəncənin Məhsəti qəsəbəsində 69 yaşlı kişi bıçaqlanıb. Şəhər sakini Fərrux Hümbətov üzərində kəsilmiş-deşilmiş xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Qarının qasıqüstü nahiyəsinin ön divarını dəlib-keçən yarası diaqnozu ilə dərhal əməliyyat olunan yaralının vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Bəxtiyar Əliyev- həkim: “Bu gecə qarının ön divarını dəlib keçən və daxilə nüfuz edən bıçaq yarası ilə Hümbətov Fərrux Sadıx oğlu şöbəmizə gətirilib. Xəstəyə ilkin yadım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur”.

Gəncə şəhəri, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan İlqar Əliyev saxlanılıb.

Paytaxtda da bıçaqlanma faktı qeydə alınıb. Hadisə gecə saatlarında Suraxanı rayonunun Günəşli qəsəbəsi ərazisindəki avtobus dayanacaqlarından birinin qarşısında baş verib. Bakı sakini 26 yaşlı Mahir Abdullayev kürək nahiyəsindən 2 bıçaq xəsarəti alıb. Yaralı taksi sürücüsünün köməyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Zərərçəkənin sözlərinə görə, onu öz qayını bıçaqlayıb.

Faktla bağlı Suraxanı rayon polis idarəsində cinayət işi başlanıb, araşdırma aparılır.  

şübhəli bilinən əvvəllər məhkum olunan İlqar Əliyev saxlanılıb.