• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2954
— 15.07.2015 23:42

Bakıda vəhşicəsinə döyülən gənc dünyasını dəyişib, 1 nəfərin vəziyyəti isə ağırdır

Paytaxtda döyülmə faktları qeydə alınıb. Nəticədə bir nəfər həyatını itirib, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

İlk hadisə Nərimanov rayonunun Rasim Muxtarov küçəsində baş verib. Bakı şəhər sakini Babək Sədiyev münaqişə zəminində paytaxt sakini 26 yaşlı Abbasqulu Hacıyevi döyüb. Yaralı ağır vəziyyətdə paytaxt xəstəxanaylarından birinə gətirilib. Həkimlərin səyinə baxmayaraq Abbasqulu Hacıyevin həyatını xilas etmək mümkün olmayıb. Aldığı xəsarətlərdən o, xəstəxanada dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən Babək Sədiyev isə hadisədən sonra qaçaraq gizlənib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda Nərimanov rayon polis idarəsinin əməkdaşları hadisəni törədərək qaçan Babək Sədiyevin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.

Paytaxtda daha bir döyülmə faktı Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki orta məktəblərdən birinin həyətində baş verib. Bakı sakini 53 yaşlı Ziyad Məmmədov ağır xəsarətlərlə 3 saylı şəhər kliniki xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Ziyad Məmmədovun yaxınlarının bildirdiyinə görə, o, Bakıxanov qəsəbəsində kafe işlədir. Hadisədən əvvəl zərərçəkənin kafedə bir nəfərlə söhbəti olub. Sonra Ziyad Məmmədov həmin şəxslə kafedən uzaqlaşıb və məlum hadisə baş verib. Faktla bağlı Sabunçu rayon polis idarəsində araşdırma aparılır.