Bu günə xəbərlərin oxunma sayı: 1455
— 14.09.2014 22:23

“Fiqaronun Toyu” tamaşası

Sentybarın 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni mövsümün ilk premyerası olacaq. Görkəmli Avstriya bəstəkarı V. A. Motsartın “Fiqaronun toyu” operasının tamaşası keçiriləcək. Tamaşanın quruluşu beynəlxalq layihə əsasında həyata keçirilir. Tamaşada azərbaycanlı vokalçılarla yanaşı Ukrayna və Belorusdan olan ifaçılar iştirak edəcəklər.

Qeyd edək ki, teatr 106-cı mövsümünə sentyabr ayının 20-də Qara Qarayevin “Yeddi gözəl” baletinin tamaşası ilə başlayacaq. Sentyabrın 21-də isə Ü. Hacıbəylinin “Leyli və Məcnun” operası səslənəcək. Tamaşada Leyli partiyasını Xalq artisti Nəzakət Teymurova, Məcnunu isə Xalq artisti Mənsum İbrahimov ifa edəcək. Sentyabrın 24-də Ü.Hacıbəylinin digər bir möhtəşəm əsəri “Koroğlu” operası səhnəyə qoyulacaq. Tamaşada Koroğlu rolunu gənc və istedadlı vokalçı Ramil Qasımov, Nigarı isə İlahə Əfəndiyeva ifa edəcəklər.

 

Gülşən Zabitqızı