• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1062
— 15.07.2015 23:36

Siyəzəndə qazdoldurma məntəqəsi partlayıb

Siyəzəndə vətəndaş Sadiq Atakişiyevə məxsus ümumi sahəsi 12 kv.m. olan  qazdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış baş verib.Nəticədə məntəqədə olan 40 litrlik qaz balonundan ikisi partlayıb, mağazanın bir divarı uçub və yanar konstruksiyaları yanıb. Yanğının qarşısını almaq üçün əraziyə FHN-in Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını cəlb olunub. Alovun qarşısı alınıb. Hadisə nəticəsində obyekt sahibi Sadiq Atakişiyev üzün və hər iki qolun yanığı diaqnozu ilə Siyəzən Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona lazımi tibbi dəstək göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Məntəqədə olan qaz balonları və bitişik obyektlər yanğından mühafizə olunub.