• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1058
— 15.07.2015 18:01

Şəkidə standartlara cavab verməyən pendir sexi aşkarlanıb

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Şəkidə yerləşən Dövlət Nəzarət Xidməti növbəti monitorinqini həyata keçirib. Nəzarət tədbiri zamanı rayon ərazisində fəaliyyət göstərən pendir sexinin standartlara cavab vermədiyi aşkarlanıb.

Monitorinq zamanı Şəki şəhəri Fuad Abdurahmanov küçəsində fiziki şəxs Abidov Xeyrəddin Abid oğluna məxsus standartlara cavab verməyən pendir sexi aşkarlanıb. Sexə baxış keçirilərkən orada avadanlıqların standartlara uyğun gəlməməsi və hazırlanan məhsulların heç proseduralara uyğun olmaması məlum olub.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Şəkidə yerləşən Dövlət Nəzarət Xidmətindən verilən məlumata əsasən, aşkar olunmuş pendir sexinin sahibi inzibati xətalər məcəlləsinin 228-ci maddəsinə uyğun olaraq 1500-manatdan 2000 manatadək cərimə olunacaq. Bu cür reydlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Rasim Salehli