• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 15.07.2015 18:01

Saatlı sakininin evindən narkotik vasitə aşkarlanıb

Saatlı rayon sakininin varlanmaq arzusu gözündə qalıb. Saatlı polisi onun narkotik satışından pul qazanmaq planlarını alt-üst edib.Saatlı rayonunun Qaranuru kənd sakini Sahibəli Rüstəmovun həyətyanı sahəsinə baxış keçirilərkən orada narkotik vasitənin becərildiyi müəyyənləşdirilib. “Xaş-xaş 2015” adı ilə keçirilən əməliyyat tədbirləri zamanı həmin narkotik vasitələrin 93 ədəd çətənə kolu olduğu aşkarlanıb.Bu işlə birinci dəfədir məşğul olduğunu deyən Sahibəli Rüstəmov kollara 3 aydır ki, aqrotexniki qaydada qulluq etdiyini etiraf edib. Məqsədi isə narkotik vasitə hesabına varlanmaq olub.Fakt üzrə Saatlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.