• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1018
— 15.07.2015 11:42

Şəmkirdə və Şəkidə ilansancma halları baş verib

Şəmkir sakinini ilan sancıb. Rayonun Şiştəpə kənd sakini 24 yaşlı Ceyhun Nağıyevi ilan həyatyanı sahədə işləyərkən sancıb. Yaxınları tərəfindən Şəmkir Mərkəzi Rayon Xəstəxanasına aparılan zərərçəkənə zəhər əleyhinə zərdab vurulub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi dəyərləndirir.

Şəkidə də növbəti ilansancma hadisəsi qeydə alınıb. Şəki şəhər sakini, 44 yaşlı Abdulla Umarovu gecə saat 23:30 radələrində əl nahiyəsindən ilan sancıb. O, dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə zəhər əleyhinə zərdab vurulub. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Qeyd edək ki, son bir həftə ərzində Şəkidə 4 nəfəri ilan sancıb.