• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1438
— 14.07.2015 23:19

Bakıda qətl hadisəsi törədilib

Bakının Sabunçu rayonu ərazisində kişi meyiti tapılıb. İyulun 14-də Sabunçu rayonunun Maştağa qəsəbəsində Gəncə şəhər sakini Abbas Mehdiyevə məxsus “AzSamand” markalı avtomobildə üzərində çoxsaylı bıçaq xəsarətləri olan 40-45 yaşlı kişi meyiti tapılıb. Polis və prokurorluq orqanlarının birgə keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində qətlə yetirilən şəxsin Bakı şəhər sakini 56 yaşlı Rauf Əliyev olduğu müəyyən edilib. Cinayət hadisəsini törətməkdə şübhəli bilinən 1959-cu il təvəllüdlü Yusif Bağırov tutularaq istintaqa təhvil verilib.Faktla bağlı araşdırmalar davam etdirilir.