• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 14.07.2015 17:50

Şəkidə məktəblini elektrik cərəyanı vurub

Ötən gün axşam saatlarında Şəkidə 15 yaşlı məktəblini elektrik cərəyanı vurub. Hadisə Şərbablar küçəsində qeydə alınıb. Şəki rayonu, Bağbanlar küçəsində yaşayan Cəbiyev Sərvan Sərvər oğlu məşqdən çıxıb evə dönərkən, Şərbablar küçəsində yerləşən elektrik paylayıcı quruğular olan otağa daxil olub. Bu zaman onu elektrik cərəyanı vurub. Nəticədə 15 yaşlı Sərvan Cəbiyev sol çiyin nahiyəsindən yanıq xəsarətləri alıb. Yaralı Şəki  Mərkəzi Rayon Xəsatəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən, Sərvan Cəbiyevə lazımi tibbi yardım gösətrilib, vəziyyəti kafi qiymətləndirilir. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.