• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1803
— 14.07.2015 17:44

Zaqatalada bir ailənin 6 üzvü qidadan zəhərlənib

Danaçı kənd sakinləri Mehdi Mehdiyev, onun həyat yoldaşı və  dörd övladı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Onlar iftar zamanı qarpız və badımcan yediklərini bildiriblər. Ailə başçısının sözlərinə görə, bir neçə gün öncə özünün becərdiyi badımcana böcək əleyhinə dərman vurub. Zəhərlənməyə də elə badımcanın səbəb olduğu ehtimal edilir. Dəqiq səbəb isə Gigiyena və Epidemiologiya Mərkəzinin araşdırmasından sonra bəlli olacaq.Qeyd edək ki, bu, Zaqatalada son bir həftə ərzində ikinci kütləvi qida zəhərlənməsidir.