• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 14.07.2015 13:07

Gəncədə quldurluq edən 2 nəfər saxlanılıb

2 nəfər naməlum şəxs “Mercedes” markalı avtomobillə Gəncə şəhəri, Nizami rayonu ərazisində yerləşən mağazalardan birinə yaxınlaşaraq orada satıcı işləyən Elgün İsmayılova bıçaqla xəsarət yetirib. Mağazadan isə spirtli içki və digər məmulatlar aparıblar.

Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samux rayon sakinləri Miskin Səfərov və Mahir Həsənov tutulub.Faktla bağlı istintaq aparılır.