• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1767
— 14.07.2015 10:33

At belində olan məcburi köçkünü Daşkəsəndə ildırım vurub

Ötən gün axşam saatlarında Daşkəsəndə 25 yaşlı Ağdam rayonu, Mərzili kənd sakini, Ceyhun Quliyevi ildırım vurub. At üstündə olan və qoyunlarını otaran çoban hadisə nəticəsində atdan yerə yıxılıb. Müxtəlif bədən xəsarətləri alan C. Quliyev yaxınları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində sol çiyin qurşağının əzniyi diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilən yaralı vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə köçürülüb. Onun vəziyyətinin ağır-stabil olduğu bildirilir.