• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1766
— 13.07.2015 18:14

Keçmiş məhkum Bakıda xeyli miqdarda narkotiklə saxlanılıb

Ağcabədi sakini Bakıda 20 kq narkotiklə saxlanılıb. Fakt paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Ağcabədi rayon Hindarx qəsəbə sakini Elçin Əliyev narkotik tərkibli bitkini tanışları ilə birgə Oğuz rayon ərazisindən toplayıb. Saxlanılan şəxsin sözlərinə görə, Akif adlı tanışı ona narkotiki Bakıya gətirməyi, yerdə qalan məsələləri isə özünün həll edəcəyini deyib.

Hazırda polis 20 kq qurudulmuş marixuananı Elçin Əliyevlə birgə Bakıya gətirən daha iki nəfərin axtarışlarını davam etdirir.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Qeyd edək ki, saxlanılan Elçin Əliyev bundan əvvəl də məhkumluq həyatı yaşayıb.