• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1247
— 13.07.2015 15:11

Sabah 1-ci və 4-cü ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanı keçiriləcək

Sabah TQDK cari ilin məzunları üçün 1-ci və 4-cü ixtisas qrupları üzrə respublikanın 11 şəhər və rayonunda ali məktəblərə qəbul imtahanı həyata keçirəcək. Gəncə və ətraf 13 rayondan olan abituriyentlər isə Gəncədəki 6 binada imtahan verəcəklər.

Gəncədə keçiriləcək imtahan üçün 3181 abituriyentin iştirakı gözlənilir. Prosesə 26 imtahan rəhbəri və 257 nəzarətçi müəllim cəlb edilib. Saat 11:00-də başlayacaq imtahana qatılan abituriyetlərdən isə tələb olunan bunlardır.

Nəsimi Məmmədov– TQDK-nın Gəncə Regional bölməsinin sədri: “İmtahana gələrkən abituriyentin üzərində mobil telefon, kəsici-deşici alətlər və bu kimi vasitələr götürməsi qadağandır. Yalnız iki sənədlə - şəxsiyyət vəsiqəsi və imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər”.

Növbəti imtahan iyulun 25-i 2-ci və 3-cü ixtisas qupları üzrə təşkil olunacaq. İyulun 30-dan avqustun 1-dək isə ixtisas seçimi aparılmalıdır.

Zülfiyyə Telmanqızı