• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2218
— 13.07.2015 15:09

Gəncədə “Məişət zorakılığı ilə mübarizə: İctimai fəallığın artırılması” layihəsi çərçivəsində təlim keçirilib

Təlim Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi və Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub. Məişət zorakılığı qadınlar, uşaqlar, ailələr və bütövlükdə cəmiyyət üçün ağır fiziki, emosional, maliyyə və sosial nəticələr doğurur. Respublikada ötən il 132 məişət zorakılığı halına rast gəlinib. Regionlarda isə sosial dəstəyə ehtiyacı olan məişət zorakılığı qurbanlarına keyfiyyətli, efektiv hüquqi və psixoloji yardımların göstərilməsi bu sahədə ən mühüm addımlardan hesab edilir. Analoji təlim Gəncədən sonra Qazax, Tovuz və Ağstafa rayonlarında keçiriləcək.