• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4996
— 13.07.2015 13:36

Yaponiya hökuməti Şəmkir və Gədəbəydə yeni layihə həyata keçirir

Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Şəmkir rayonunun İrmaşlı kəndində tibb məntəqəsinin tikintisi və Gədəbəy rayonunun Söyüdlü kəndinin içməli su təchizatının yaxşılaşdırılması layihələri üzrə müqavilələr imzalanıb. Yaponiyanın ölkəmizdəki səfiri  Tsuquo Takahaşi bu günədək qrant layihəsi çərçivəsində Şəmkirdə 4, Gədəbəydə isə  5 layihə həyata keçirildiyinə diqqət çəkib. 5 min nəfər əhalisi olan İrmaşlı kəndində tibb məntəqəsinin tikintisi layihəsinin ümumi məbləği 90 min 840 dollar, Söyüdlü kəndinin su təchizatı layihəsinin dəyəri isə 90 min 900 dollar təşkil edir. Yaponiya hökumətinin hər iki rayonda reallaşdırdığı layihələrin ümümi dəyəri isə 889 min dollardan çoxdur.

Tsuquo Takahaşi– Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri: “İmzalanan layihələr də daxil olmaqla bu günədək reallaşdırdığımız müqavilələrin sayı 200-ə çatıb. Bu layihələrin dəyəri isə 1 milyard ABŞ dollarını keçib. Şəmkir və Gədəbəydə bundan əvvəl də bir neçə layihə uğurla baş çatıb. Yaponiya hökuməti insanların sosial rufahının yaxşılaşdırılmasına yönələn belə layihələri bundan sonra da dəstəkləyəcək”.