• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2446
— 13.07.2015 12:43

Gəncə şəhərində “Gənclərlə biznesin təşkili və inkişafı” adlı treninq keçirilib

Gəncədə Enactus beynəlxalq proqramı əsasında “Gənclərlə biznesin təşkili və inkişafı” adlı treninq keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə təşkil olunan təlimdə 4 ali məktəbdən 75 tələbə iştirak edib. Gənclərə mütəxəssislər tərəfindən biznesin qurulması qaydaları, büdcə planlaşdırması, bazarın analizi, şərait və tələblərin düzgün təhlili, biznesə maliyyə vəsaitinin cəlb edilməsi kimi mövzular ətrafında geniş məlumat verilib. Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğunun artırılması üçün görülən işlərdən söz açılıb.