• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3292
— 11.07.2015 11:13

Gəncədə 1 mağaza 2 dəfə qarət edilib

Bu gecə Gəncənin Yeni Gəncə yaşayış massivində vətəndaş Razim Cəfərova məxsus mağaza qarət olunub. Naməlum şəxs və ya şəxslər təhlükəsizlik kamerasına düşməmək üçün əvvəlcə mağazaya gələn elektrik xəttini şəbəkədən ayırıb, sonra pəncərəni sındırma yolu ilə içəri daxil olublar. Mağazadan 350 manat nəğd pul, ümumi dəyəri 500 manat olan tütün məmulatları və sərinləşdirici içkilər oğurlandığı söylənilir. Mağaza sahibinin sözlərinə görə, 2 il bundan öncə də mağazadan oğurluq edilmiş və o vaxt dəyən ziyan daha böyük olmuşdu. İlk dəfə oğurluq edən şəxs polis tərəfindən müəyyən edilərək cəzasını dəmir barmaqlıqlar arasında çəkir. Bu gün baş verən hadisə ilə bağlı Gəncə polisi araşdırma aparır.

Razim Cəfərov- zərərçəkən şəxs: “Bütün enerji içkilərini və baha qiymətə olan spirtli içkiləri aparıblar. Tütün məmulatlarını aşağı yığmışdıq onları da götürüblər. Demək olar ki, nəğd pul qalmayıb. Hamısı oğurlanıb”.