• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 10.07.2015 18:21

Masallıda 16 yaşlı gənc 3 manatın güdazına gedib

Masallı rayonunda qətl törədilib. 16 yaşlı gənc 3 manatın güdazına gedib. Hadisə yanacaqdoldurma məntəqəsində baş verib.

Qanlı olay gecə saat 2 radələrində rayonun Sərçuvar kəndi ərazisində qeydə alınıb. Kənd sakini 16 yaşlı Həmid Bayramov ürəyindən bıçaqlanıb. Məlumata görə, rayonun Xıl kənd sakini, 39 yaşlı Rövşən Zamanov dostları ilə yanacaqdoldurma məntəqəsinə gəliblər. Onlar 3 manatlıq yanacaq aldıqdan sonra ödəniş etmək istəməyiblər. Lakin yanacaqdoldurma məntəqəsinin işçisi ilə mübahisədən sonra aldıqları yanacağın pulunu verərək gediblər. Gecə saat 01:30 radələrində Rövşən  Zamanov dostları ilə birgə həmin yerə qayıdıb. Bu zaman mübahisə yenidən başlayıb. Dava zamanı Rövşən Zamanov orada olan yanacaqdoldurma məntəqəsi müdirinin oğlu Həmid Məmmədovu ürəyindən bıçaqlayıb və hadisə yerindən qaçıb. Rövşən Zamanov səhər saat 10:00 radələrində Masallı polisi tərəfindən tutulub, digər şəxslərin axtarışı isə davam etdirilir.

Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.