• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4822
— 10.07.2015 16:55

ADAU-da tədris ilinin yekunları müzakirə edilib

Azərbaycan Dövlət Aqrar Universitetində tədris ilinin yekunları müzakirə edilib. Şura iclasında universitetin müasir standartlara cavab verən 2 tələbə yataqxanasının tikintisinin davam etdirildiyi, balıqyetişdirmə laboratoriyası üçün hovuzların hazır olduğu, tədrisin keyfiyyətini artırmaq məqsədilə çoxsayılı avadanlıqlar alındığına diqqət çəkilib. ADAU-nun Gəncədəki ali təhsil müəssisələri sırasında 1-ci, respublikada isə 7-ci yeri tutması, beynəlxalq əməkdaşlıq çərçivəsində Çində keçirilən silsilə seminarlarda universitet əməkdaşlarının qazandıqları təcrübə təqdirəlayiq hal kimi qəbul edilib. İclasın yekunu olaraq “ən yaxşı fakültə”, “ən yaxşı kitab müəllifi”, “ən yaxşı texniki işçi”, “ilin tələbəsi” nominasiyaları üzrə qaliblərə mükafatlandırılıb.