• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3487
— 10.07.2015 16:54

Qazaxda gənclər həqiqi hərbi xidmətə yola salınıb

Təntənəli mərasim rayonun Heydər Əliyev parkında gerçəkləşib.

Hərbi xidmətə yola düşən gənclər əvvəlcə Ulu Öndərin abidəsi önünə tər çiçəklər düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Rayon rəhbərliyinin, valideynlərin iştirakı ilə keçirilən tədbirdə çağırışçı gənclərə xidmət zamanı tapşırıqlara əməl etməyi, vətənin keşiyində ayıq-sayıq dayanmaq tövsiyyə olunub.

Qeyd edək ki, Qazax rayonundan 300-ə yaxın gənc müxtəlif hərbi hissələrə göndərilib.