• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1067
— 10.07.2015 15:52

Gəncədə “Fermer və iş adamlarına biznes-planın hazırlanmasında dəstək” layihəsi çərçivəsində seminar keçirilib

Gəncədə Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Fermer və iş adamlarına biznes-planın hazırlanmasında dəstək” layihəsi çərçivəsində seminar keçirilib. "Bizneslə məşğul olmaq gəlir əldə etmək deməkdir" devizi ilə keçirilən tədbirdə biznes-plan, onun hazırlanması və həyata keçirilməsindən bəhs olunub. Biznes-planın hazırlanmasının sahibkar, fermer, iş adamı üçün müasir dünyada müəssisənin uğur qazanması üçün vacib amil olduğu önə çəkilib. Bu səpkidə seminarın Gəncədən əvvəl Samux və Göygöl rayonlarında təşkil edildiyi, Bərdə, Beyləqan və Ağcabədi isə keçiriləcəyi qeyd edilib.