• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1178
— 22.09.2014 23:04

Gəncədə iki nəfər bıçaqlanıb

Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən qanlı insident baş verib. Hadisə axşam saat 21:00 radələrində  şəhərin Yeni Gəncə qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, Gəncə şəhər sakinləri 23 yaşlı Turqut Mustafayev və 25 yaşlı Orxan Əliyev bədənin müxtəlif nahiyələrindən bıçaq zərbəsi alıb. Xəsarət alanlar dərhal yaxınlarının köməyi ilə  Gəncə şəhər TTYX-ya çatdırılıb. Faktla bağlı cinayət işi açılıb. Hadisənin hansı zəmində, kim və ya kimlər tərəfindən törədildiyi hüquq mühafizə orqanları tərəfindən araşdırılır.