• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3373
— 10.07.2015 13:53

ADAU-da torpaqların elektron uçota alınması ilə bağlı təlimlərin ikinci mərhələsi keçirilir

BMT-nin Azərbaycandakı nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi,  Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə torpaqların elektron uçotunun aparılması məqsədli coğrafi informasiya sistemlərinin tətbiqi ilə bağlı təlimlərin ikinci mərhələsi keçirilir. Maddi-texniki bazası zəngin olan ADAU-da təşkil olunan təlimə müxtəlif şəhər və rayonlardan, eləcə də adiyyatı qurumlardan 20-ə yaxın mütəxəssis cəlb olunub. Treninqdən tələbələr də yararlanaraq, öz ixtisasları üzrə daha geniş məlumatlar əldə edirlər. Treninqin məqsədi torpaqların ölçü və nisbətlərinin peykin köməyi ilə müəyyən edilməsi və onların kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsinə dəstək verməkdir.