• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3372
— 09.07.2015 16:52

Son zamanlar həyat sığortasına müraciət edənlərin sayı artmaqdadır

Həyatın ölüm halından sığortası, yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta, əmək qabiliyyətinin sığortası- bütün bunlar bir adla səslənir  - həyat sığortası. Vaxtilə çoxlarının adından belə xəbərsiz olduğu, ən az müraciət edilən sığortanın bu sahəsində son bir ildə bəlli irəliləyişlər müşahidə edilib.

Həyat sığortası istənilən şəxsin üzləşə biləcəyi risklərin əvəzinin ödənilməsidir. Azərbaycan sığorta bazarında yeni olan bu sahə günbəgün öz payını artırır. Sığorta sahəsinə göstərilən dövlət dəstəyi də təbii ki, getdikcə artan marağa öz müsbət təsirini edir.

Rail Tağıyev- Sığorta eksperti: “Bu, yeni bir sahədir. Qərb bölgəsində əvvəlki illərə nisbətən artım müşahidə olunub. Tələbat var. İcbari sığorta növü daha çox müraciət olunan sahədir. Ümumilikdə bu ilin 6 ayı ərzində həyat sığortası sahəsində 50% artım olub”.

İstehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari həyat sığortasının tətbiqi işçilərin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Ötən ilin müvafiq statistik göstəricilərinə əsasən sığorta bazarının 24%-ni həyat, 76%-ni isə qeyri-həyat sığortası təşkil edib. 

Zülfiyyə Telmanqızı