• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3474
— 09.07.2015 15:09

Gəncə şəhərində ünvanlı sosial yardım alan ailələrin sayı azalıb

Gəncə şəhər Əhalinin Sosial Müdafiə Mərkəzindən verilən məlumata görə, ünvanlı sosial yardım alan ailələrin sayı 20 faiz azalıb. Bu ilin ilk 6 ayı ərzində Gəncədə 3502 ailə ünvanlı sosial yardım almaq üçün qeydiyyata alınıbdısa, ötən ilin müvafiq dövründə bu rəqəm 4044 olub. Həmçinin 2014-cü ilin ikinci yarısında hər bir ailəyə təyin olunan müavinət 128 manat idisə, hazırda bu rəqəm 160 manatdır. Artım eyni zamanda hər bir ailə üzərinə düşən gəlirlərin miqdarına da öz təsirini göstərib. 2014-cü ildə hər bir ailəyə gəlirlərin miqdarına 31 manat 21 qəpik təyin olunub ödənilirdisə, son altı ayda  bu rəqəm 39 manat 2 qəpiyə bərabərdir.  Bu sahədə şəffaflığın təmin edilməsi, neqativ halların aradan qaldırılması və nəzarət mexanizminin gücləndirilməsi məqsədilə ünvanlı sosial yardım almaq üçün müraciət edənlər həftənin tək günləri yığdıqları sənədləri mərkəzə təqdim etməlidirlər.