• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3474
— 09.07.2015 15:28

ADAU-da gənc pedaqoqların iştirakı ilə tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində gənc pedaqoqların iştirakı ilə tədbir keçirilib. Tədbirdə ali təhsil ocağında çalışan 40 yaşadək müəllimlərin elmi-pedaqoji fəaliyyətinin stimullaşdırılması, onların sosial problemlərinin həlli, elm və tədrisdə yeni metodların tətbiqi yollarının müzakirəsi aparılıb. İnformasiya və kommunikasiya texnologiyalarından istifadə ilə müasir tələblərə uyğun tədrisin aparılması, peşəkar kadrların hazırlanmasının vacibliyi xüsusi vurğulanıb. Gənc pedaqoqların fəallığının artırılması, onların beynəlxalq təhsil və elmi-tədqiqat layihələrində iştirakının təmini üçün görülən və qarşıda duran işlərdən söz açılıb.