• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 22.09.2014 19:13

Şəmkir rayonunda yaşayış evində partlayış olub

Hadisə rayonun İrmaşlı kəndində qeydə alınıb. Kənd sakini Ayşən Həmzəyevanın yaşadığı evdə baş verən partlayışa qaz sızması səbəb olub. Nəticədə ev yanıb. Yanıq xəsarətləri alan Ayşən Həmzəyeva və azyaşlı oğlu Səfəralı xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.