• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1656
— 08.07.2015 18:04

Qardaş doğma bacısını vəhşicəsinə qətlə yetirib

Hacıqabul rayonunda dəhşətli qətl törədilib. Qardaş doğma bacısını 38 bıçaq zərbəsi ilə qətlə yetirib.

Dəhşətli olay iyulun 5-də Bakı-Qazax magistralının 83-cü kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ilə Atbulaq kəndi arasındakı ərazidə qeydə alınıb. Mingəçevir sakini 18 yaşlı Namaz Hadıyev bacısı 17 yaşlı Gövhəri qətlə yetirib. Üzərində 38 bıçaq yarası olan meyit Bakı-Qazax magistralının kənarında yandırılmış halda aşkarlanıb. İlkin məlumatlara görə, dəhşətli qətl qısqanclıq zəminində törədilib. Namaz Hadıyev dindirilmə zamanı qeyd edib ki, bacısı Gövhər 2014-cü ildə evdən qaçıb. Sonradan onun Bakıda yüngül əxlaqlı qadınlara qoşulması haqda məlumat alıb. Bacısını axtarsa da, tapıb evlərinə qaytara bilməyib. Qətldən bir neçə gün əvvəl isə bacısı gizli nömrədən Nihadın telefonuna zəng edib. Evdən qaçdığına görə çox peşman olduğunu, bağışlanılmasını və evə qayıtmasına icazə verilməsini istəyib. Nihad Hadıyev bacısını öldürdükdən sonra Bakıya gələrək polisə təslim olub. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.