• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 22.09.2014 17:32

Xırdalanda oğurluq hadisəsi qeydə alınıb

Abşeron RPŞ-nin əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, 14 sentyabr 2014-cü il tarixində Xırdalan şəhəri S.Bəhlulzadə küçəsində yaşayan Elvin Bədəlova məxsus VAZ 21015 markalı avtomobildən 40 manat nağd pulu gizli yolla talamaqla oğurlayan şəxs – 23 yaşlı Xırdalan sakini Rövşən Qarayevdir. Hazırda həmin şəxsin törətdiyi digər cinayətlərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.