• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2162
— 08.07.2015 15:07

GDU-da Azərbaycan Milli Mətbuatının yaradılmasının 140 illik yubileyi münasibətilə tədbir keçirilib

Azərbaycan Milli Mətbuatının yaradılmasının 140 illik yubileyi münasibətilə Gəncə Dövlət Universitetində tədbir keçirilib. Universitet ziyalıları və mətbuatın inkişafında əvəzsiz xidmətləri olan jurnalistlərin iştirak etdiyi tədbirdə Azərbaycan mətbuatının 140 illik fəaliyyətinə nəzər salınıb. Bildirilib ki, əsası “Əkinçi” ilə qoyulan mətbuatımız həm də azad sözün, azad fikrin yaradıcısı olub. Gəncə Dövlət Universitetinin 50 illik tarixi olan “Yüksəliş” qəzeti də bu köklü mətbuatın bir hissəsidir. Gəncə mətbuatında illərdir külüng vuran ziyalılarımız çıxış edərək bu gün mətbuatımıza dövlət tərəfindən verilən dəyəri yüksək qiymətləndiriblər. Həmçinin tələbələrlə əməkdaşlıqda maraqlı olduqlarını qeyd ediblər. Sonda universitet rəhbərliyi tərəfindən bir qrup mətbuat işçisinə fəxri fərman və pul mükafatları təqdim edilib.