• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1194
— 08.07.2015 11:58

DSMF sədri Şəmkirdə bölgə sakinlərini qəbul edib

Sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı Şəmkirdə vətəndaşların qəbulunu keçirən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə müraciətlər olub. Eləcə də məcburi dövlət sosial sığorta haqları ilə bağlı müraciətlər də edilib. Qəbulda Şəmkirlə yanaşı Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonlarından 40-a yaxın sakinin şikayətinə baxılıb. Qaldırılan məsələlərin həll olunması üçün müvafiq rayon şöbələrinin rəhbərlərinə, həmçinin digər vəzifəli şəxslərə tapşırıqlar verilib. Fondun səlahiyyətlərinə aid olmayan müracitələr isə qeydiyyata alınıb.

Elman Mehtiyev- Dövlət Sosial Müdafiə Fondunun sədri: “Bu gün Şəmkir rayonunda növbəti qəbulu keçirdik. Yenə də əmək pensiyalarının təyinatı stajın hesablanması və təqaüdlərin məbləğinin artırılması kimi müraciətlər çoxluq təşkil edir. Çalışırıq ki, qəbula gələn vətəndaşlara maksimum yardımçı olaq”.