• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1711
— 07.07.2015 23:22

Bakıda dəhşətli qətl törədilib

Ailə münaqişəsi nəticəsində oğul əlini bıçağa ataraq anasını qətlə yetirib. Qanlı olay paytaxtın Nizami rayonunda, Mehdi Abbasov küçəsi ev 33, mənzil 1 ünvanında qeydə alınıb. 21 yaşlıSiyavuş Zöhrabov anası 45 yaşlı Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir. Tahirə Zöhrabova bir neçə il əvvəl həyat yoldaşından ayrılıb və təxminən ay yarım imiş kiçik oğlu ilə həmin ünvanda kirayə yaşayırmış.Ana qatili könüllü olaraq polisə təslim olub. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.