• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 22.09.2014 17:20

Bakı sakini Ağdaşda faciəli şəkildə dünyasını dəyişib

Bakı sakini olan nişanlı oğlan Ağdaş rayonunda faciəli şəkildə dünyasını dəyişib. Hadisə Yuxarı Şirvan kanalının Ağdaş rayonu ərazisindən keçən hissəsində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında qeydə alınıb. 27 yaşlı Bakı sakini Fuad Rəsulov dostları ilə birgə nişanlısı olan qızın Qazax rayonunda keçirilən toy mərasimindən qayıdarkən avtomobili kanalın kənarında saxlayaraq çimmək istəyib. Fuad Rəsulov kanalda çimərkən qəflətən boğularaq dünyasını dəyişib. FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları 27 yaşlı oğlanın meyidinin taparaq aidiyyatı üzrə təhvil veriblər. Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, sentyabrın 27-də Fuad Rəsulovun toy mərasimi olacaqdı.