• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4746
— 07.07.2015 14:59

TQDK xüsusi qabiliyyət tələb edən təsviri incəsənət müəllimi ixtisası üzrə qabiliyyət imtahanı keçirir

Bu gün və sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Respublikanın ümumorta təhsil bazasından orta ixtisas təhsil müəssisələrinə xüsusi qabiliyyət tələb edən təsviri incəsənət müəllimi ixtisası üzrə qabiliyyət imtahanı keçirir. Qərb bölgəsi üzrə imtahan Gəncə şəhər 27 nömrəli tam orta məktəbdə təşkil olunub. Qeydiyyatdan keçən 300 abituriyentdən 115 nəfəri imtahanda iştirak hüququ qazanıb. Məqbul qiymət alanlar iyulun 8-dən 15-dək ixtisas seçimi mərhələsini həyata keçirə biləcəklər. Qarşıda isə 5-ci ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak edən, müsabiqə şərtini ödəyən və qabiliyyət imtahanı üçün qeydiyyatdan keçən  abituriyentləri sınaq gözləyir.