• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3504
— 07.07.2015 14:58

GDU-da Bakı 2015 I Avropa Oyunlarında könüllü kimi iştirak edən tələbələrlə görüş olub

Gəncə Dövlət Universitetində "Bakı 2015" Birinci Avropa Oyunlarında könüllü kimi iştirak edən 282 tələbə ilə görüş keçirilib. Rektor Yusif Yusibov qərb bölgəsinin ali təhsil ocaqlarından ən çox könüllünün məhz Gəncə Dövlət Universtetindən olduğunu diqqətə çatdırıb. Birinci Avropa Oyunları könüllülər üçün ünsiyyət, dünyagörüşü, yeni mədəniyyətlərlə tanışlıq üçün bir vasitə olmaqla yanaşı, ölkədə könüllülük institutunun formalaşmasına töhfə verib. Görüşdə Milli Olimpiya Komitəsi tərəfindən könüllərə verilən diplomlar təqdim edilib. Həmçinin universtetin tələbəsinə Türkiyə Gənclər və İdman Nazirliyi tərəfindən verilən kubok da təqdim olunub. Sonra tələbə-könüllülər möhtəşəm idman yarışında qazandıqları təcrübədən danışıb, xoş təəssüratlarını bölüşüblər.