• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3504
— 07.07.2015 14:55

Şəmkirdə 20 yaşlı istedadlı gəncin rəsm sərgisi nümayiş etdirilib

Şəmkir Heydər Əliyev Mərkəzi xüsusi istedada malik olan gənclərin üzə çıxarılması və onların tanıdılması istiqamətində tədbirlərini davam etdirir. Bu dəfə mərkəz 2 ildən artıqdır çəkdiyi rəsm əsərləri ilə diqqət mərkəzində olan gənci ictimaiyyətə təqdim edib.

Şəmkir Heydər Əliyev Mərkəzində gənc-rəssam, dizayner Esmira Rüstəmovanın fərdi sərgisi açılıb. Ötən 2 il ərzində ərsəyə gətirdiyi rəsm əsərlərini ictimaiyyətə təqdim edən rəssam bu əl işlərində əsasən saplardan, qaşlardan, balıqqulağından və digər materiallardan istifadə edib. Onun əl işlərində milli dəyərlərimiz, təbiətimiz, təmizlik  və ailə dəyərləri tərənnüm olunur. Sərgidə müxtəlif üslubda hazırlanan 20-dən çox əsər nümayiş etdirilir.

Esmira Rüstəmova- rəssam: “Bu, mənim iki illik fəaliyyətimin nəticəsidir. Çox həyacanlıyam. Özüm ixtisasca psixoloq olsam da bu sənətə həvəsim daha çoxdur. Heydər Əliyev Mərkəzində rəsm əsərlərinə bu qədər maraq göstəriləciyini gözləmirdim. Bu gün bu sahəyə həvəsim birə-beş artdı”.

Sərginin açılışında rayon rəsmləri, ziyalıları və gənclər iştirak ediblər. Çıxış edənlər gənc rəssamı təbrik edərək ona gələcək işlərində uğurlar arzulayıblar.

Natiq Hüseyn