• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4742
— 07.07.2015 13:53

Gəncədə “Koreya Kinosu Festivalı”nın açılışı olub

İlk dəfə olaraq Azərbaycanda keçirilən “Koreya Kinosu Festivalı”nın Gəncədə açılışı olub. Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının qərargahında baş tutan mərasimdə festivalın iki ölkə arasında mədəni sahədə əlaqələri inkişafına xidmət etdiyi vurğulanıb. Ardından festival çərçivəsində ilk filmin nümayişi olub. İdmana həsr olunan "Əbədi an” adlı film 2004-cü ildə keçirilən Yay Olimpiya oyunlarında iştirak edən Koreya həndbolçularının real həyatından bəhs edib. Şəhər ziyalılarının və ictimaiyyət nümayəndələrinin də izlədiyi film yüksək tərtibatda Azərbaycan dilinə dublyaj olunmuş formada təqdim olunub. Festival çərçivəsində nümayiş olunacaq 10 filmdə Azərbaycan tamaşaçısı Koreya xalqının həyat tərzini, adət-ənənəsini, ictimai-syasi həyatını daha yaxından tanıya biləcək. Xatırladaq ki, kinofestival Gəncə ilə yanaşı daha 4 şəhərdə 1 həftə olmaqla baş tutacaq. Gəncəlilər və şəhərimizin qonaqları iyulun 12-si də daxil olmaqla hər gün saat 10:30 və 18:30-da Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının böyük iclaz zalında Koreya filmlərini izləyə bilər. Giriş isə pulsuzdur.