• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3325
— 06.07.2015 22:33

Abşeron polisi narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfəri saxlayıb

Qanunsuz narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. Abşeron polisinin keçirdiyi əməliyyat nəticəsində təxminən 7 kiloqram narkotik dövriyyədən çıxarılıb.

Abşeron rayon polis idarəsi Mehdiabad polis bölməsinin əməkdaşları Gəncə şəhər sakini, 19 yaşlı Nail Həsənpur, onun həmyaşıdı -  Göyçay rayon İkinci ərəbcəbirli kənd sakini Xaləddin Quluzadəni saxlayıb. Saxlanılan şəxslərin bildirdiyinə görə, onlardan götürülən narkotiki Şəmkirdə yol kənarından yığıblar. Saxlanılan şəxslərdən külli miqdarda, çəkisi 7 kiloqram 234 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Qeyd edək ki, bu, gənclərin ilk məhkumluğu olacaq.